8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin dəstəyi ilə Aqrar İnkişaf Könüllüləri (AİK) tərəfindən “Bir gül - bir təbəssüm” adlı sosial təşəbbüs həyata keçirilib.
Yurd.Media xəbər verir ki, sosial təşəbbüs çərçivəsində AİK Bakı şəhərinin müxtəlif yerlərində şəhər təsərrüfatında çalışan xanımlarla görüşərək onları bayram münasibətilə təbrik edib, gül dəstələri və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Aqrar İnkişaf Könüllüləri 2018-ci ildən etibarən fəaliyyət göstərir və ötən müddət ərzində 2100-dən çox yerli, beynəlxalq tədbir təşkil edib.