SÜJET
AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, 2025-ci ildə Qurban bayramı hicri-qəməri təqvimlə zilhiccə ayının 10-na, miladi tarixlə 6 iyun tarixinə təsadüf edir.
3 gün ərzində icra oluna bilən Qurban kəsimi həcc ziyarəti zamanı mütləq vacib əməldir, həcc xaricində olan müsəlmanların qurban kəsib ehtiyacı olanlara paylamaq niyyəti isə müstəhəb və savabdır.
Qurban bayramı namazları ölkəmizin bütün mərkəzi məscidlərində qeyd ediləcək, o cümlədən Bakının Əjdərbəy məscidində bayram namazı saat 08.00-də, Təzəpir məscidində 09.00-da qılınacaq.
Azərbaycand bu il Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qərarına əsasən, 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləridir.
İyunun 6-7-də Azərbaycanda Qurban bayramı qeyd olunur. Bayramla əlaqədar paytaxtın müxtəlif yerlərində xırdabuynuzlu qurbanlıq heyvanların satışı təşkil olunub.
Yurd.Media xəbər verir ki, Modern.az-ın əməkdaşı Bakıdakı bir sıra satış yerlərinə baş çəkərək, qurbanlıq heyvanların qiymətilə maraqlanıb.Məlum olub ki, əksər yerlərdə qurbanlıq heyvanların diri çəkisinin 1 kq-ı 11 manata satılır.
Qurbanlıq qoç və toğlunun kəsilib doğranmış ətinin 1 kq-nı isə 22 manata satırlar.
Türkiyənin Azərbaycandakı Səfirliyi Qurban bayramı münasibətilə paylaşım edib.
Yurd.Media xəbər verir ki, diplomatik nümayəndəliyin "X" hesabı vasitəsilə yayımlanan paylaşımda həm Azərbaycan, həm də Türkiyə vətəndaşlarına təbrik ünvanlanıb:
"Bütün vətəndaşlarımızı, eləcə də azərbaycanlı bacı və qardaşlarımızı dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, bayramın hamıya cansağlığı, sevinc, rifah və süfrələrə ruzi-bərəkət gətirməsini arzu edirik" - Türkiyə Səfirliyinin paylaşımında belə deyilir.
Bütün vətəndaşlarımızı, eləcə də azərbaycanlı bacı və qardaşlarımızı dünya Müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, bayramın hamıya cansağlığı, sevinc, rifah və süfrələrə ruzi-bərəkət gətirməsini arzu edirik.…
— Türkiye in Azerbaijan (@TC_BakuBE) June 6, 2025
İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb.
Agentlikdən Yurd.Media-ya verilən məlumata görə, tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib.
Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb.
Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir.
“Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər.
Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur”, - məlumatda qeyd olunub.
İyunun 6-da Şuşa şəhərində Qurban bayramı ilə əlaqədar bayramı namazı qılınıb.
Yurd.Media xəbər verir ki, Yuxarı Gövhər Ağa məscidində qılınan bayram namazında xalqımız, dövlətimiz üçün dualar edilib, əmin-amanlıq arzulanıb.
Bayram namazında ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladları da yad olunub, ruhlarına dualar oxunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban paylarının çatdırılmasına start verilib.
Yurd.Media-nın məlumatına görə, "Bizim Mətbəx" sosial layihəsi çərçivəsində həyata keçirilən bu xeyriyyə aksiyası ilk olaraq Yevlax rayonunda reallaşdırılıb və 100 aztəminatlı ailəyə qurban payları təqdim olunub.
Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim Mətbəx" sosial layihəsinin əsas məqsədi aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə isti yeməklər və qida yardımları təqdim edərək cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir. Fəaliyyətə başladığı gündən etibarən "Bizim Mətbəx" könüllüləri Bakı və ətraf bölgələrdə yaşayan yüz minlərlə insana isti yeməklər və qida yardımları təqdim edərək onların gündəlik həyatına isti münasibət və ümid bəxş etməyə nail olublar.
Qeyd edək ki, "Bizim Mətbəx" layihəsinin veb-saytı (https://bizimmetbex.az/) istifadəyə verilib və insanlar üçün ianə etmə və könüllü kimi qoşulma imkanları yaradılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva sosial şəbəkədə Qurban bayramı münasibətilə paylaşım edib.
Yurd.Media paylaşımı təqdim edir:
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib.
Yurd.Media paylaşımı təqdim edir:
Azərbaycanda Qurban bayramı ilə əlaqədar məscidlərdə bayram namazı qılınıb.
Yurd.Media xəbər verir ki, saat 09:00-da Təzəpir məscidində bayram namazı qılınıb. Burada namaz Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb.
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Yurd.Media xəbər verir ki, paylaşımda qeyd olunub:
“Qurban bayramınız mübarək! Allah hər kəsin dua və diləklərini, qurbanlarını qəbul etsin!”.
Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib.
Yurd.Media xəbər verir ki, paylaşımda deyilir:
"Hörmətli həmvətənlər!
Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm".