Payız və qış aylarında yağan yağış və qar səbəbindən tikinti işləri çətinləşir, nəticədə, torpağa olan tələbat azalır.
Yurd.Media xəbər verir ki, hər il payız-qış mövsümündə torpaq bazarında məhz bu səbəbdən durğunluq müşahidə olunur, bu da əmlak qiymətlərinə təsir göstərir.
Əmlak məsələləri üzrə ekspertlər bunu əsasən hava şəraitinin tikintinin keyfiyyətinə təsiri ilə əlaqələndirirlər.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Xəzər TV"yə bildirib ki, mövsümi enmə bazar qanunauyğunluğudur. Onun sözlərinə görə, alıcılar daha çox yaz və yay aylarında aktivləşirlər. Lakin fərdi yaşayış evi tikmək istəyənlər üçün payız və qış aylarında torpaq almaq daha sərfəlidir.
"Bu dövrdə torpaq alqı-satqısı zəifləyir, nəticədə, qiymətlərdə müəyyən enmə müşahidə olunur", - deyə ekspert qeyd edib.
Mütəxəssislər hesab edirlər ki, torpağı məhz payız-qış mövsümündə alıb, yaz-yay aylarında tikintiyə başlamaq ən ideal üsuldur.