Azərbaycanda dövlət xətti ilə ipoteka krediti almaq istəyən ölkə vətəndaşların martın 4-də qədər elektron kabinetlərini formalaşdırmalıdır.
Bu barədə Yurd.Media-ya İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.
Məlumata görə, artıq müvəkkil banklara kredit vermək üçün limitlər ayrılıb.
Adi ipoteka kreditləri üçün martın 5-i saat 11:00-dan, güzəştli ipoteka kreditləri üçün isə martın 6-sı, saat 11:00-dan müraciət etmək mümkün olacaq.
Müraciətlər "Elektron ipoteka və kredit zəmanət" sistemi (www.e-gov.az) üzərindən elekton imza vasitələri (SİMA Token (Elektron İmza), SİMA Rəqəmsal, Asan İmza) ilə qəbul edilir.