SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Goranboyda narkomaniyanın fəsadları teatr səhnəcikləri ilə nümayiş etdirildi

Goranboyda narkomaniyanın fəsadları teatr səhnəcikləri ilə nümayiş etdirildi

Goranboy

Goranboyda narkomaniyaya qarşı mübarizə tədbirləri çərçivəsində “Səhnədən gənclərə mesaj” adlı forum teatr keçirilib.

Yurd.Media xəbər verir ki, forum Goranboy Rayon İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektorunun, Goranboy Gənclər Evinin, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Tədbirdə çıxış edənlər narkomaniyanın yaratdığı ciddi təhlükələrdən bəhs edərək gəncləri zərərli vərdişlərdən uzaq durmağa, sağlam həyat tərzi seçməyə və düzgün qərarlar verməyə çağırıblar. Qeyd olunub ki, hər bir gəncin gələcəyi onun bu gün etdiyi seçimlərdən asılıdır.

Forum teatr çərçivəsində narkotik asılılığının insan həyatına, ailəyə və cəmiyyətə mənfi təsirlərini əks etdirən səhnəciklər nümayiş etdirilib. İnteraktiv formatda təşkil olunmuş tədbirdə gənclər səhnədə baş verən hadisələrə münasibət bildirərək düzgün seçim etməyin vacibliyi ətrafında müzakirələr aparıblar.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları