SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Beyləqanda erkən evliliyə qarşı çağırış: “Uşaqlara kitab verək, həyat yükü yox

Beyləqanda erkən evliliyə qarşı çağırış: “Uşaqlara kitab verək, həyat yükü yox"

Beyləqan

Beyləqan Rayon Gənclər evində keçirilən “Uşaqlara kitab verək, həyat yükü yox: erkən evliliyə birlikdə yox deyək” mövzusunda maarifləndirici tədbir təşkil olunub.

Yurd.Media xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə erkən evliliklərin qarşısının alınmasına dair maarifləndirici tədbirdə Uşaq Səfirləri Məclisinin Beyləqan rayon nümayəndələri də iştirak ediblər.

Tədbirdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova Uşaq Səfirləri Məclisinin fəaliyyəti və məqsədləri barədə məlumat verib. O, erkən evliliyin sosial və hüquqi fəsadlarından danışaraq bu halların qarşısının alınmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

Tədbirdə Uşaq Səfirləri Məclisinin Beyləqan rayon nümayəndələri erkən evliliyin uşaqların təhsilinə və gələcəyinə mənfi təsirlərindən danışaraq həmyaşıdlarını hüquqlarını bilməyə və təhsilə üstünlük verməyə çağırıblar.

Çıxış edən digər natiqlər erkən evliliyin hüquqi, tibbi, sosial və psixoloji fəsadları barədə məlumat verib, bu halların qarşısının alınması istiqamətində rayonda görülən işləri diqqətə çatdırıblar.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və maarifləndirmənin əhəmiyyəti vurğulanıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları