Goranboyda “Məişət zorakılığı ilə mübarizə və erkən nikahın qarşısının alınması” mövzusunda tədbir keçirilib.
Yurd.Media xəbər verir ki, tədbir Goranboy İcra Hakimiyyəti başçısı Aparatı yanında “Məişət zorakılığının qarşısının alınması sahəsində Monitorinq Qrupu”nun Tədbirlər Planına uyğun olaraq təşkil olunub.
Goranboy şəhər 2 nömrəli tam orta məktəbdə Rayon İcra Hakimiyyəti, Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru və Goranboy Uşaq və Ailələrə dəstək Mərkəzinin birgə iştirakı ilə keçirilən tədbirdə məişət zorakılığı, zorakılıq törətmiş şəxslərin hüquqi məsuliyyətləri, erkən nikahın fəsadları, bu kimi halların qarşısının alınması istiqamətində görülən işlər və digər məsələlər barədə iştirakçılara ətraflı məlumat verilib.
Görüş çərçivəsində mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və maarifləndirici tövsiyələr verilib.