SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Masallının kəndində həsir toxuma mərkəzi yaradılır

Masallının kəndində həsir toxuma mərkəzi yaradılır

Masallı

Masallı rayonunun zəngin folklor və mədəni irsi ilə seçilən kəndlərindən biri də Musakücə kəndidir. Kənd uzun illərdir həsirçilik sənəti ilə tanınır və bu sənət əsrlər boyu nəsildən-nəslə ötürülərək kənd sakinlərinin həm məişətində, həm də məşğulluğunda mühüm yer tutur.

Yurd.Media xəbər verir ki, Masallı rayonunun icra başçısı Araz Əhmədov Musakücə kəndində ərazi nümayəndəliyinin inzibati binasında Beynəlxalq Qadınlar Günü münasibətilə həsirçiliklə məşğul olan bir qrup qadınla görüş keçirib. Rayon rəhbəri qadınları bayram münasibətilə təbrik edərək onların hazırladıqları əl işləri ilə tanış olub, ənənəvi sənətin qorunub saxlanılmasında göstərdikləri zəhməti yüksək qiymətləndirib. Görüş zamanı bildirilib ki, həsirçilik Musakücə kəndinin qədim sənətkarlıq ənənələrindən biri olmaqla yanaşı, milli-mədəni dəyərlərimizin yaşadılmasında mühüm rol oynayır.

Daha sonra rayon rəhbəri kənddə fəaliyyət göstərən həsir toxuma sexində aparılan təmir işləri ilə tanış olub. Qeyd edilib ki, həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri sexin gələcəkdə müasir tələblərə uyğun fəaliyyət göstərməsinə, istehsal imkanlarının genişləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına şərait yaradacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları