Bakının Binəqədi rayonundakı həyət evlərinin əksəriyyətinin çıxarışının olmaması illərdir müzakirə olunan mövzulardandır.
Yurd.Media xəbər verir ki, bu ərazidə evlərin çoxu qanunsuz tikildiyindən minlərlə ailə hüquqsuz yaşayır.
AZTV-yə danışan bir sakinlər bildirirlər ki, məhəllədə heç kimdə qeydiyyat vəsiqəsi yoxdur:
“Hamımızın evi qeydiyyatsızdır. Çox istəyərdik qeydiyyata düşək".