SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“AAAF İnşaat”dan qanunsuz addım – Məhkəmə hərəkətə keçdi – ŞİKAYƏT

“AAAF İnşaat”dan qanunsuz addım – Məhkəmə hərəkətə keçdi – ŞİKAYƏT

  • 09 dekabr 2025, 11:19
Abşeron

Xırdalanda çoxmərtəbəli binada yaşayan bir qrup şəxs zirzəmidə qanunsuz dəyişikliklər edib.

Yurd.Media "Busaat.az"a istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, M.Hüseynzadə küçəsində inşa edilmiş “AAAF-İNŞAAT”ın 4A saylı 12 mərtəbəli yaşayış binası ilə bağlı ünvanlanan şikayətdə bildirilir. 

Belə ki, zirzəmidə qeyri-qanuni şəkildə parkinq yerləri yaradılıb. Məsələ ilə bağlı polisə müraciət edən sakinlərin sözlərinə görə, qanunsuz əməllərlə məşğul olan Mahmudov Coşqun hədə-qorxu gələrək onları şikayətlərini geri çəkməyə məcbur etmək istəyib.

Sözügedən şəxsin “fəaliyyəti” nəticəsində binada antisanitar vəziyyət yaranıb, kanalizasiya və qrunt suları zirzəmini basıb, kəskin üfunət ətrafa yayılıb.

Məhkəmə araşdırması ilə Mahmudov Coşqunun “Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələmə” kimi nəzərdə tutulan inzibati xətanı törətdiyi təsdiq olunub. Belə ki, ekspertiza rəyinə əsasən, Mahmudov Coşqun Şahmahmud oğlu tərəfindən vurulmuş ziyanın məbləği 3187,0 manat müəyyən edilməklə işə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin 07.05.2024-cü il qərarında qeyd olunub ki, məhkəmə iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, aparılmış araşdırma zamanı Mahmudov Coşqun Şahmahmud oğlu tərəfindən İXM-in 232-1-ci maddəsi ilə “Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələmə” kimi nəzərdə tutulan inzibati xətanın törədilməsi təsdiq olunmuş, mülkiyyətçiyə 3187,0 manat məbləğdə maddi ziyan vurması müəyyən olunub.

Daha sonra Mahmudov Coşqun Şahmahmud oğluna qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə sonuncunun qeydiyyatda olduğu ərazi üzrə Qusar Rayon Məhkəməsinə müraciət edilib. Məhkəməsinin 29.07.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş. Cavabdeh Mahmudov Coşqun Şahmahmud oğlundan dəymiş maddi ziyana görə 3187 (üç min yüz səksən yeddi) manat, vəkilə ödənilmiş 700 (yeddi yüz) manat, məhkəməyə dövlət rüsumu kimi ödədilmiş 58,87 (əlli səkkiz manat, səksən yeddi qəpik) manat alınıb iddiaçıya verilməsi qət edilib.

Maraqlısı isə budur ki, məhkəmə qərarına baxmayaraq, C. Mahmudov Abşeron Rayon Məhkəməsinə müraciət edərək iddiaçıya qarşı “müqavilənin etibarsız sayılması” tələbinə dair iddia qaldırıb.

Belə ki, bütün etirazlara baxmayaraq məhkəmə 19.09.2025-ci il tarixdə əsassız olaraq qərardad qəbul edib.

İddiaçı keçirilən 9 iclasıdır ki, iddia predmetinin əsasını təşkil edən bütün sənədləri o cümlədən mübahisələndirdiyi müqaviləni məhkəməyə təqdim edə bilməyib.

Bundan başqa, 06.11.2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında obyektə baxış keçirdiyi vurğulanıb, halbuki tərəf və obyektin sahibinin bundan xəbəri olmayıb.

Qarşı tərəfin etirazları və sübutları isə məhkəmənin nəzdində dəyər kəsb etməyib. Nəhayət 14.11.2025-ci il tarixdə qətnaməni elan edən məhkəmə tərəfindən obyektin müqaviləsi etibarsız sayılıb.

Şikayətçilərin sözlərinə görə, məhkəmə süni şərait yaradıb ki, iddiaçı Coşqun Mahmudov yol verdiyi qanun pozuntusu ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilən dəymiş maddi ziyanı ödəməsin, vaxt uzansız və qətnamə icrasız qalsın.

İddiaçılar məhkəmənin işə obyektiv yanaşmadığını və qanunsuz qərar qəbul etdiyini bildiriblər.

Bu isə nəticə etibarilə vətəndaşların hüquqlarını pozulmaısna gətirib çıxarıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları