SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bakının iki rayonunun bəzi ərazilərində qaz kəsiləcək

Bakının iki rayonunun bəzi ərazilərində qaz kəsiləcək

  • 26 avqust 2025, 09:29
Bakı

Bu gün Bakının Xətai və Sabunçu rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Yurd.Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi və Sabunçu rayonu, Pirşağı qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar bu gün saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri aparılan müddətdə Xətai rayonu, Əhmədli, Həzi Aslanov qəsəbələrinin, Ş.Səmədov, K.Kərimov, M.Davud küçələrinin və Sabunçu rayonu, Pirşağı qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.

Prime Leasing