SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Toyun qarşısı alındı, valideynlər polisə çağırıldı

Toyun qarşısı alındı, valideynlər polisə çağırıldı

  • 24 oktyabr 2025, 23:36
Neftçala

Daha bir toy mərasiminin qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətindən Yurd.Media-ya verilən məlumata görə, bugün Neftçala rayon ərazisində yerləşən şadlıq saraylarının birində 29 yaşlı şəxslə nikah yaşına çatmayan qızın planlaşdırılan toy mərasimi barədə polisə məlumat daxil olub.

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə toy mərasiminin qarşısı alınıb, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.

Qanunvericiliyə uyğun olaraq mərasimin təşkil edildiyi şadlıq evinin sahibi barəsində isə inzibati tənbeh tədbiri tətbiq olunub.

Prime Leasing