Ötən il UEFA Avropa Liqasının liqa mərhələsi çərçivəsində baş tutan “Qarabağ” - “Ayaks” oyuna baxmağa gələn niderlandlı azarkeş Dieqo Bakker azərbaycanlı Lətifə Civəzadə ilə tanış olub və cütlük bu il ailə həyatı qurub.
Yurd.Media xəbər verir ki, “ASAN TV”yə danışan Bakker bildirib ki, uşaqlıqdan “Ayaks” azarkeşidir:
"Ötən il futbola görə Azərbaycana gəlmişdim. Amma bu səfər mənə həyat yoldaşımı qazandırdı. İndi “Haralısan?” deyəndə “Goranboydanam” cavabını verirəm. Belə deməyi isə goranboylu həyat yoldaşım Lətifə öyrədib”.
Lətifə Civəzadə Bakker bildirib ki, tanışlıq ötən ilin oktyabrında hava limanında baş verib:
“Dieqo ilə təsadüfən tanış olduq. Ona ölkəmiz haqqında məlumat verdim. Daha sonra Bakıda görüşdük və 10 ay sonra evləndik”.