SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Bakı küçələrində ağac budaqları nəqliyyat axınına problem yaradır - VİDEO

Bakı küçələrində ağac budaqları nəqliyyat axınına problem yaradır - VİDEO

Bakı

Bakının bir sıra küçələrində ağaclar xüsusi zolaqlarda hərəkət edən avtobuslara mane olur.

Yurd.Media xəbər verir ki, ağacların yaratdığı maneə səbəbindən ictimai nəqliyyat vasitələri digər zolağa keçməli olurlar.

Sürücülər yoldakı maneələrin onlara çətinlik yaratdığını, bəzən isə bu səbəbdən avtobus güzgülərinin zədələndiyini bildirirlər.

Nəqliyyat eksperti Eldəniz Cəfərov “ATV Xəbər”ə bildirib ki, bu hal təkcə avtobuslara deyil, digər yol hərəkəti iştirakçılarına da maneə yaradır. Ekspert onu da qeyd edib ki, həmin ərazilərdə baş verə biləcək hər hansı fövqəladə hal zamanı heç bir qurum bu məsuliyyəti üzərinə götürməyəcək.

O əlavə edib ki, müvafiq qurumlar — xüsusən də Yaşıllaşdırma İdarəsi və kommunal xidmətlər — bu məsələ ilə məşğul olmalıdırlar. Problemin aradan qaldırılması üçün isə əvvəlcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi alınmalıdır.

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, şəhərdə mütəmadi monitorinqlər keçirilir və problemli ünvanlar müəyyənləşdirilir. İşıqforların və yol nişanlarının görünməsinə, eləcə də avtobusların hərəkətinə və dayanmasına çətinlik yaradan budaqlar budanır. Yaşıllıqlar il boyu inkişaf etdiyindən bu kimi hallar qaçılmaz olur.

Prime Leasing