2026-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinə məxsus “DOST İş Mərkəzi” MMC 455 nəfəri işlə təmin edəcək.
Bu barədə Yurd.Media-ya Mərkəzdən bildirilib.
Bundan başqa, məlumata görə, Mərkəzin strukturunda dəyişiklik gözlənilir. Belə ki, sosial işçilərin sayı 340-dan 420-ə, sosial agentlərin sayı isə 20-dən 50-ə çatdırılacaq.