SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
3 manata ər axtarışı: Sosial şəbəkələrdə YENİ TREND

3 manata ər axtarışı: Sosial şəbəkələrdə YENİ TREND

  • 17 may 2025, 08:47

Sosial şəbəkələrdə fəaliyyət göstərən evlilik və tanışlıq səhifələri son dövrlər geniş yayılıb.

Yurd.Media Baku TV-yə istinadən xəbər verir ki, bu platformalarda kişilər üçün elan yerləşdirmək ödənişli olduğu halda xanımlar üçün xidmət tamamilə pulsuzdur. Elan yerləşdirmənin qiyməti 3 manatdan başlayaraq, 10 manata qədər dəyişir.

Bəs bu kimi elanlar vasitəsilə tanış olub evlənmək nə qədər düzgündür? Bu evliliklər nə dərəcədə davamlı və sağlam ola bilər?

Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikrini öyrənib.

Sakinlərdən biri bildirib: "Sosial şəbəkələrdə ancaq kimləsə tanış ola bilərsən, evlilik olmaz. Ən azından həmin şəxslə ünsiyyətdə olmalısan ki, onu tanıyasan. Telefonla insanları tanımaq olmur".

Başqa bir sakin isə belə deyib: "Əgər düzgün biridirsə, evlənmək olar. Amma fikrimcə, sosial şəbəkələr vasitəsilə insanları tanımaq çətindir".

Ətraflı süjetdə: