SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Yuxusuzluq keçəlliyə səbəb olur - XƏBƏRDARLIQ

Yuxusuzluq keçəlliyə səbəb olur - XƏBƏRDARLIQ

  • 27 iyul 2026, 23:33

Bəzi vitaminlər və minerallar bədənimiz üçün vacibdir. Bəziləri olmasa, yorğun, bitkin və hətta xəstəliklərə qarşı həssas qala bilərik. Orqanizmdə D vitamininin əsas mənbəyi birbaşa günəş işığıdır.

Yurd.Media Rusiya mediasına istinadən bildirir ki, professor, həkim Tatyana Zaxarovanın sözlərinə görə, bu vitamin bədəndə sağlam sümüklərin, dişlərin və əzələlərin saxlanması, eləcə də güclü immun sisteminin saxlanması üçün zəruri olan kalsium və fosfatların miqdarını tənzimləməyə kömək edir.

Eyni zamanda, pis yuxu və əhval dəyişikliyi D vitamini çatışmazlığının səbəb olduğu əlamətlərdən yalnız ikisidir.

Həkimin sözlərinə görə, günəşli günlərin sayının azaldığı mövsümdə raxit, əzələ zəifliyi, yuxu pozğunluğu, saç tökülməsi və əhval-ruhiyyənin dəyişməsi kimi xəstəliklərin yaranma riski var.

Zaxarova işləyərkən pəncərələrin yanında oturmağı və günəşin ən güclü olduğu vaxtlarda səhər və günorta arasında gündəlik gəzintilər etməyi tövsiyə edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları