SÜJET
Yer kürəsində G3 səviyyəli maqnit qasırğası başlayıb.
Yurd.Media xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
Yerin maqnit sahəsinin pozulma dərəcəsi G3 səviyyəsindədir ki, bu da beş göstərici şkalasında "güclü" deməkdir, burada G5 "son dərəcə güclü", G1 isə "zəif"dir.
G3 səviyyəsi o deməkdir ki, Yer kürəsində enerji sistemlərində problemlər yarana bilər. Peyk və aşağı tezlikli radionaviqasiyada, həmçinin yüksəktezlikli radio rabitəsində fasilələr də mümkündür.