Ötən gün yas mərasimində zəhərlənənlərin vəziyyəti açıqlanıb.
TƏBİB-dən Yurd.Media-ya bildirilib ki, dünən 21 nəfər (13 qadın, 8 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
"Zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 19 nəfər ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabildir", - TƏBİB-dən bildirilib.
Xatırladaq ki, ötən gün Samux rayonun Lək kəndində keçirilən yas mərasimində kütləvi zəhərlənmə olub. Onların qidadan zəhərləndikləri ehtimal olunur.