SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Xızıda zəhərlənmədən 4 qadın və 1 kişi hospitalizasiya olunub - TƏBİB

Xızıda zəhərlənmədən 4 qadın və 1 kişi hospitalizasiya olunub - TƏBİB

Xızı

"Xızı rayonu, Giləzi qəsəbəsi ərazisindən zəhərlənmə şübhəsi ilə Xızı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 5 nəfər (4 qadın cinsli, 1 kişi cinsli) hospitalizasiya olunub".

Bu barədə Yurd.Media-ya TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, zəhərlənən şəxslər Sumqayıt Tibb Mərkəzinə təxliyə olunublar:

"Onlara ilkin tibbi xidmət göstərilib və daha ixtisaslı tibbi xidmət almaq üçün Sumqayıt Tibb Mərkəzinin nəzdindəki 1 nömrəli xəstəxanaya təxliyə olunublar". 

Məlumata görə, eyni qəsəbədən daha 4 qadın isə zəhərlənmə şübhəsi ilə özü 1 nömrəli xəstəxanaya müraciət edib. 

Onların hər birinə Yoluxucu xəstəliklər şöbəsində zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Prime Leasing