SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Xızıda 8 qohum yeməkdən zəhərlənib, Sumqayıt xəstəxanasına çatdırılıblar

Xızıda 8 qohum yeməkdən zəhərlənib, Sumqayıt xəstəxanasına çatdırılıblar

Xızı

Xızı rayonunun Giləzi qəsəbəsində qidadan zəhərlənən 8 nəfər Sumqayıt xəstəxanasına çatdırılıb. 

Sumqayıt şəhər 1 nömrəli xəstəxananın yoluxucu xəstəliklər şöbəsindən Yurd.Media-ya bildirilib ki, qohumluq əlaqələrində olan 8 nəfər zəhərlənən sentyabrın 6-sı saat 22:25 radələrindən başlayaraq xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə müraciət ediblər.

Onlar ürəkbulanma, qusma, qızdırma, ishal kimi hallardan şikayətləniblər. Xəstələrdən nümunələr götürülüb və məlum olub ki, onlar qarışıq qidalanmadan (kabab, salat, qarpız-yemiş və müxtəlif içkilər) zəhərləniblər.

Bildirilib ki, xəstələrə tibbi köməklik göstərilib və vəziyyətləri normal olduqdan sonra evə yola salınıblar.

Prime Leasing