SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Xallara diqqət: Dəri xərçənginin ilk siqnalları nələrdir?

Xallara diqqət: Dəri xərçənginin ilk siqnalları nələrdir?

Mütəxəssislər dəri xərçənginin erkən mərhələdə aşkarlanmasının xəstəliyin müalicəsində həlledici rol oynadığını bildirirlər.

Yurd.Media xarici mətbuata istinadən xəbər verir ki, Türkiyəli həkimlər dəri xərçənginin ən təhlükəli onkoloji xəstəliklərdən biri olduğunu vurğulayaraq, xüsusilə xallarda müşahidə olunan dəyişikliklərin diqqətdən kənarda qalmamasını tövsiyə edirlər. Qeyd olunur ki, xəstəlik erkən mərhələdə aşkar edildikdə müalicə şansı əhəmiyyətli dərəcədə yüksəlir.

Radiasiya onkologiyası üzrə mütəxəssislər bildirirlər ki, dəri xərçəngində vaxtında diaqnoz həyat qurtara bilər:
“Xallarda baş verən ən kiçik dəyişiklik belə diqqətlə izlənilməlidir. Şübhəli hal müşahidə edilərsə, dərhal həkimə müraciət etmək vacibdir”.

Həkimlərin sözlərinə görə, dəri xərçənginin ilkin əlamətlərini müəyyənləşdirmək üçün “ABCDE qaydası”ndan istifadə olunur. Bu qaydaya əsasən, aşağıdakı hallara xüsusi diqqət yetirilməlidir:

  • xalların asimmetrik formaya düşməsi,

  • sərhədlərin qeyri-düzgün olması,

  • rəngin bərabər paylanmaması və ya dəyişməsi,

  • diametrin 6 millimetrdən böyük olması,

  • zamanla ölçü, forma və rəng dəyişikliklərinin baş verməsi.

Mütəxəssislər bu əlamətlərdən hər hansı biri müşahidə edildikdə gecikmədən dermatoloqa müraciət etməyi tövsiyə edirlər. Eyni zamanda ayda ən azı bir dəfə bədənin tam yoxlanılması, saç dərisi, qulaq arxası və ayaq altı kimi nahiyələrin də diqqətdən kənarda qalmaması məsləhət görülür.

Qeyd edək ki, dəri xərçənginin ən aqressiv növlərindən sayılan melanoma vaxtında aşkarlanmadıqda sürətlə yayıla və ciddi həyat riski yarada bilər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları