SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Ürək və ağciyər çatışmazlığı olan xəstənin böyrək toxuması əməliyyatı uğurla icra edildi

Ürək və ağciyər çatışmazlığı olan xəstənin böyrək toxuması əməliyyatı uğurla icra edildi

Kliniki Tibbi Mərkəzin Urologiya şöbəsində 65 yaşlı qadının böyrək əməliyyatı uğurla icra olunub.

KTM-dən Yurd.Media-ya verilən məlumata əsasən, pasiyent böyrəklərdə kəskin ağrı şikayəti ilə həkimə 22 avqust 2025-ci il tarixində müraciət edib.

Aparılan müayinələr nəticəsində xəstəyə ürək çatışmazlığı, keçirilmiş ürək cərrahiyyəsindən sonra postoperativ ağırlaşmalar, sol böyrəyin böyük ölçülü törəməsi, ağciyər çatışmazlığı, döş qəfəsində maye yığılması və Giyen–Barre sindromu (sinir sisteminə təsir edərək əzələ zəifliyi, reflekslərin azalması, uyuşma və müvəqqəti iflicliklə müşahidə olunan nevroloji xəstəlik) diaqnozları qoyulub.

Urologiya şöbəsinin müdiri, həkim-uroloq Araz İbrahimov tərəfindən sol böyrəyin böyük ölçülü törəməsinin əməliyyatı planlaşdırılsa da, yanaşı xəstəliklərə görə, poliklinik müalicəyə ehtiyac olduğu müəyyən edilib. Onun müalicəsi şöbədə aparılıb. Vəziyyəti stabilləşdikdən sonra əməliyyat qərarı verilib.

Mərkəzin həkim-uroloqu Araz İbrahimov tərəfindən sol böyrək törəməsi və ətraf piy toxumalarının cərrahi yolla çıxarılması əməliyyatı icra edilib. Uğurlu keçən əməliyyatdan sonra xəstə təkrar şöbəyə yerləşdirilib.

Əməliyyat sonrası interaktiv müalicə prosedurları nəticəsində pasiyentin vəziyyəti stabilləşib və qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.

Prime Leasing