Tovuzda bir ailənin beş üzvü qidadan zəhərlənib.
Yurd.Media xəbər verir ki, Tovuz rayonunun Əyyublu kəndində bir ailənin beş üzvü qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, zəhərlənən şəxslərdən üçü azyaşlıdır. Onlara dərhal tibbi yardım göstərilib və hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.
Yaxınlarının sözlərinə görə, ailə üzvləri dönər yedikdən sonra özlərini pis hiss etməyə başlayıblar.
Faktla bağlı araşdırma aparılır.