SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Suşi hazırlanan obyekt natəmizliyə görə bağlandı

Suşi hazırlanan obyekt natəmizliyə görə bağlandı

  • 27 fevral 2026, 22:37
Bakı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Yurd.Media-ya bildirilib ki, qurumun əməkdaşları Bakının Nəsimi rayonu, Xətai prospektində fiziki şəxs Fərid Əsgər oğlu Əsgərova məxsus “SushiNano” suşi emalı müəssisəsində plandankənar yoxlama aparıblar.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların və sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması halları müəyyən edilib.

Qida obyektinin qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin texnoloji ardıcıllıq prinsiplərinə riayət edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı məlum olub. Bundan başqa, müəssisədə qida məhsullarının, alət və ləvazimatların yuyulması üçün ayrıca yuma çanaqlarının mövcud olmadığı, mütəmadi dezinfeksiya işlərinin aparılmadığı, soyuducunun təmizlənmədiyi, rəflərdə korroziya əlamətlərinin müşahidə edildiyi aşkarlanıb. Xammalın saxlanması zamanı temperatur rejiminə əməl edilmədiyi və qanunvericiliyin tələblərinə uyğun markalanması olmayan məhsullardan istifadə edildiyi də müəyyənləşdirilib.

Aşkarlanan uyğunsuzluqlarla bağlı obyektin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub və nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsal dayandırılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları