SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Kababı sağlamlığa zərər vermədən necə yemək olar – diyetoloqun məsləhətləri

Kababı sağlamlığa zərər vermədən necə yemək olar – diyetoloqun məsləhətləri

  • 24 iyul 2026, 22:44

Kababı mötədil şəkildə qəbul etməklə, insanlar zərərdən daha çox fayda götürə bilərlər.

Yurd.Media Rusiya mediasına istinadla xəbər verir ki, bu fikirləri diyetoloq, "Uşaqlarımızın Sağlamlığı" Uşaq və Yeniyetmələr üçün Sağlam qidalanma mədəniyyətinin təşkili və inkişafının təşviqi üzrə Rusiya Milli Birliyinin prezidenti Olqa Panova səsləndirib.

Onun bildirdiyinə görə, kabab amin turşuları, zülallar, dəmir və B vitamini ilə zəngindir. Eyni zamanda, bu yemək yüksək protein tərkibinə malikdir, buna görə də böyük porsiyalarda həzm olunması çətinlik yaradır.

Diyetoloq əti həddindən artıq uzun müddət alov üzərində saxlamamağı tövsiyə edib ki, sağlamlıq üçün təhlükə yaradan kanserogenlər ehtiva edən yanmış qabıq əmələ gəlməsin. Həmçinin, kababı hər həftə deyil, bayram günlərində istehlak etmək sağlamlığa ziyan vurmadan mümkündür.

Panovanın fikrincə, ətin yanında mütləq göyərti və tərəvəz süfrəyə əlavə edilməlidir, çünki bu, həzm prosesini asanlaşdıracaq. Bundan başqa, mütəxəssis kababı kartof və digər nişastalı məhsullarla birlikdə yeməməyi, eləcə də yeməklə birlikdə çox miqdarda spirtli içki qəbul etməməyi məsləhət görüb.

Diyetoloq vurğulayıb ki, bir dəfəyə ovucunuzdan çox kabab yeməyə ehtiyac yoxdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları