SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Azərbaycanda 150-dək dərmanın qiyməti tənzimləndi

Azərbaycanda 150-dək dərmanın qiyməti tənzimləndi

  • 22 iyul 2026, 21:33

Bəzi dərmanların qiyməti təyin olunub.

Yurd.Media xəbər verir ki, Tarif (qiymət) Şurasının bugünkü iclasında bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib.

İclasda 143 dərman vasitəsinin qiymətinin yuxarı həddi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş qaydalara və Şuranın 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq tənzimlənib.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif Şurasının rəsmi internet saytının "Dərman vasitələri" bölməsində yerləşdirilib.

Qərar iyulun 23-dən qüvvəyə minir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları