SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Panik atak şikayətlərinin artması səbəbləri nədir?

Panik atak şikayətlərinin artması səbəbləri nədir?

  • 21 iyul 2026, 23:23

Son dönəmlərdə panik atak şikayətlərinin sayı olduqca yüksək həddə çatıb. Bu artımın dəqiq səbəblərini müəyyən etmək isə asan deyil. Sosial şəbəkələrdə çoxsaylı istifadəçilər bu mövzuda paylaşımlar edir. Həmin paylaşımlarda "panika oldum", "stressə düşdüm" və buna bənzər ifadələr tez-tez istifadə olunur.

Yurd.Media xəbər verir ki, psixoloqlar panik atak diaqnozunun psixiatr və nevroloqlar tərəfindən qoyulduğunu vurğulayır.

"Sosial şəbəkələrdə və ya insanlar bir-birləri ilə ünsiyyət zamanı "panik atak olmuşdum" və bu kimi ifadələrdən istifadə edirlər. Bu, emosional bir yanaşmadır, hər hansı narahatlığı panik atak adlandırmaq doğru deyil. Bu, sadə bir diaqnoz olmayıb, təyinatı da asanlıqla verilmir. Ancaq son illərdə, xüsusilə pandemiya dövründə bu diaqnoz qoyulan şəxslərin sayında əhəmiyyətli artım qeydə alınıb. Məlumdur ki, psixi cəhətdən həssas insanlar daha emosional olurlar və hər hansı bir vəziyyətdən daha sürətli təsirlənmə göstərirlər. Yaşanılan hadisələrdən asılı olaraq insanlarda müxtəlif fobiyalar meydana gələ bilər".

Psixoloqlar vurğulayır ki, son dövrlərdə panik atakla bərabər, somatik depressiya və ölüm fobiyası da daha geniş şəkildə müşahidə olunur:

"Panik atak əvvəlki dövrlərdə daha çox qadınlarda rast gəlinirdisə, hazırda kişilər arasında da geniş yayılmaqdadır. Bu sahədə diaqnozu psixiatr və nevroloq təyin etsə də, farmakoloji müalicə ilə paralel olaraq psixoloji müalicə də zəruridir. Bu müalicə kompleks formada həyata keçirilməsə, xəstələr müsbət nəticəyə nail ola bilməyəcəklər".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları