SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Stomatoloji mərkəz lisenziyasız fəaliyyətə görə CƏRİMƏLƏNDİ

Stomatoloji mərkəz lisenziyasız fəaliyyətə görə CƏRİMƏLƏNDİ

  • 24 iyul 2026, 13:06
Lənkəran

“Ruslan Dental” stomatoloji kabinet cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, İqtisadiyyət Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsində yerləşən "Ruslan Dental” Stomatoloji kabinetdə yoxlama aparılıb. 

Məlum olub ki, "Ruslan Dental” Stomatoloji kabinet lisenziya olmadan özəli tibbi stomoloji fəaliyyətlə məşğul olunub. 

Yoxlamanın nəticəsinə uyğun olaraq sənədlər araşdırılması üçün Səhiyyə Nazirliyinə göndərilib. 

Lisensiyasız fəaliyyəti ilə bağlı inzibati xəta haqqında İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsinə əsasən protokol tərtib edilib. 

Həmin protokol əsasında Səhiyyə Nazirinin müavini Rasim İsmayılov tərəfindən Ruslan Dental” Stomatoloji kabinetin rəhbəri 5 min manat cərimə edilib. 

Bu qərarla razılaşmayan özəl tibb müəssisinin rəhbərliyi Lənkəran Rayon Məhkəməsinə müraciət edib və cərimə qərarının ləğv olunmasını istəyib. 

Məhkəmə şikayəti təmin etməyib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları