Miqren xəstəliyindən əziyyət çəkən şəxslərdə isti hava şəraitində başağrıları daha da şiddətlənir. Bunun başlıca səbəblərindən biri bədənin susuzlaşmasıdır.
Yurd.Media xəbər verir ki, nevroloq Anna Kudryavtseva hesab edir ki, miqreni yaradan əsas amillərdən biri günəş işığıdır. Günəş şüaları gözün torlu qişası və görmə siniri vasitəsilə keçərək beynin yüksək həssaslığa malik hüceyrələrini stimullaşdırır. Bu hüceyrələrin qıcıqlanması nəticəsində güclü başağrıları meydana gələ bilir.
"Yay mövsümündə başağrılarını yaradan ikinci mühüm amil bədənin susuzlaşmasıdır. İsti günlərdə orqanizm dəri səthindən xeyli miqdarda maye itirir, buna görə də bu itkinin əvəzini doldurmaq və yetərincə su qəbul etmək böyük əhəmiyyət daşıyır. Adi şəraitdə lazım olan maye həcmi hər 1 kq bədən çəkisinə 25-30 ml təşkil edir, ancaq isti hava zamanı bu miqdarın artırılması zəruridir", - deyə həkim qeyd edib.
Bundan əlavə, həddən artıq soyuq qidalar - dondurma və ya buzlu içkilər də miqren tutmalarının yaranmasına təkan verə bilər.