SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Xardal plastrları və banka qoymağın təhlükələri açıqlandı

Xardal plastrları və banka qoymağın təhlükələri açıqlandı

  • 25 iyul 2026, 23:48

Bir çox insana uşaqlıq illərində banka və ya xalq arasında "qorçiçnik" adlandırılan xardal tərkibli plastrlar qoyulub. Keçmişdə bu metodlar soyuqdəymə xəstəliklərinin aradan qaldırılması üçün ən güvənilən vasitələrdən hesab edilirdi. Ancaq hazırkı dövrdə müasir tibb bu cür yanaşmaları dəstəkləmir.

Yurd.Media xəbər verir ki, ilkin tibbi-sanitar yardım sahəsi üzrə rusiyalı ekspert Andrey Tyajelnikov bildirib ki, banka dəriyə zərər vura bilər, xardal tərkibli plastrlar isə yüksək hərarət zamanı ciddi risk yaradır:

"Əvvəlki dövrlərdə belə düşünülürdü ki, "qorçiçnik" və bankalar qan dövranını canlandırır, bronx yollarını və ağciyərləri istiləşdirir, lakin əslində dərin qızma prosesi reallaşmır. Bu vasitələr bədən temperaturunu yüksəldə bilər, bu da artıq qızdırma olan vaxt təhlükə doğurur. Bankalar isə, xüsusən təcrübəsi olmayan şəxs tərəfindən tətbiq edildikdə, bədənə travma verə bilər. Hər hansı dəri qıcıqlanması və ya allergik reaksiya zamanı hər iki prosedurun aparılması qəti şəkildə qadağandır".

Kəskin respirator virus infeksiyaları (KRVİ), burun axması və öskürək hallarında həkim inhalyasiya tətbiqini tövsiyə edib:

"Buxar bəlğəmin durulaşmasına kömək edir, selikli qişanı rütubətləndirir və təmizləyir. Bununla yanaşı, kartof üzərində nəfəs almaq kimi inhalyasiya metodlarının müəyyən məhdudiyyətləri mövcuddur. Bu üsullar faydalıdır, lakin xəstəliyin hər mərhələsində deyil. Yüksək temperatur olduqda isə bu prosedur heç bir halda həyata keçirilməməlidir".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları