Azərbaycanda reproduktiv sağlamlıq məsələlərini tənzimləyən qanunvericilik təşəbbüsünün yenidən gündəmə gəlib.
Yurd.Media "Modern.az"a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, əvvəlki qanun layihəsi ilə bağlı ifadə olunan mövqe qüvvədə qalır və bu məsələlərə münasibətdə dəyişiklik yoxdur.
“O vaxt nə bildirilibsə, onların hamısı gündəmdədir. Şəriət baxımından hansısa məsələlər olubsa, biz onları bildirmişik. Onlar dəyişməyən, imanent dəyərlərdir. Münasibət də o baxımdan dəyişmir”, – deyə İdarədən bildirilib.
QMİ qeyd edib ki, hazırda yeni qanun layihəsi idarəyə daxil olmayıb. Buna görə də sənəddə əvvəlki iradların nəzərə alınıb-alınmadığı barədə fikir bildirmək mümkün deyil.
İdarədən süni mayalanma və daşıyıcı ana məsələləri ilə bağlı mövqenin dəyişmədiyi da vurğulanıb:
“Onunla bağlı biz artıq münasibətimizi formalaşdırmışıq. O münasibət dəyişməyəcək. Çünki o, şəriət baxımından əsaslandırılmış fikirlərdir”.