SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Sanatoriyalara bu il göndərilən əlil və şəhid ailələrinin sayı açıqlanıb

Sanatoriyalara bu il göndərilən əlil və şəhid ailələrinin sayı açıqlanıb

Sanatoriyalara bu il göndərilən əlil və şəhid ailələrinin sayı açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən Yurd.Media-ya verilən məlumata görə, bu il 1250-dək imtiyazlı şəxs yollayışla təmin olunaraq sanator-kurort və müalicə mərkəzlərinə yola salınıb. 

Qeyd edilib ki, həmin şəxslər əlilliyi olan şəxslər və şəhid ailələrinin üzvlərindən ibarət olub. Onlardan əlilliyi olan uşaqlar valideynlərindən birinin müşayiəti ilə həmin mərkəzlərə yola salınıblar.

Həmin imtiyazlı şəxslər Azərbaycanın müxtəlif ərazilərində yerləşən sanatoriya-kurort və müalicə mərkəzlərində xəstəliklərinə uyğun fizioterapevtik müalicə kursu keçiblər.

Prime Leasing