Şamaxının Çöl Göylər kənd sakinlərindən kənddə elektrik enerjisi təsərrüfatının yenilənməsi, həmçinin kənd tibb məntəqəsinin inşası ilə bağlı MÜRACİƏT
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Çöl Göylər kənd sakinləri ilə səyyar qəbul keçirib.
Yurd.Media xəbər verir ki, qəbulda həmçinin İcra Hakimiyyətinin təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri iştirak ediblər.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxışında son illər ölkədə, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə bağlı nəzərdə tutulmuş tədbirlərdən geniş söhbət açıb.
Qəbul zamanı Çöl Göylər kənd sakinləri tərəfindən əsasən kənddə elektrik enerjisi təsərrüfatının yenilənməsi, həmçinin kənd tibb məntəqəsinin inşası ilə bağlı müraciətlər səslənib.
Sakinləri narahat edən digər suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.