SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Sağlamlıq üçün təhlükə yaradan pendir istehsalı aşkarlandı

Sağlamlıq üçün təhlükə yaradan pendir istehsalı aşkarlandı

  • 06 oktyabr 2026, 20:33
Ağcabədi

Ağcabədidə insan sağlamlığı üçün təhlükə yaradan pendir istehsalı aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya bildirilib ki, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi müfəttişləri tərəfindən Ağcabədi rayonu, Hacıbədəlli kəndində fəaliyyət göstərən fərdi sahibkar Rüstəmov Ruslan Eldar oğluna məxsus pendir sexində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı müəssisədə istismar olunan 1 ədəd buxar qazanının üzərində quraşdırılmış qoruyucu klapanın yoxlanılmadığı və texniki şəhadətləndirilməsinin aparılmadığı müəyyən edilib.

Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, buxar qazanının istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Skat.az - Ev və Avtomobil elanları