SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Şağan Reabilitasiya Pansionatında yemək sınıq boşqabda servis olunur, çəngəl-bıçaq təmiz yuyulmur - FOTO

Şağan Reabilitasiya Pansionatında yemək sınıq boşqabda servis olunur, çəngəl-bıçaq təmiz yuyulmur - FOTO

Şağan Reabilitasiya Pansionatına gigiyena qaydalarında problemlər aşkarlanıb.

Yurd.Media xəbər verir ki, Asəf Sadıqov adlı istifadəçi sosial media hesablarında aylar əvvəldən qeydiyyatına düşmək üçün növbə gözlədiyi və yeni təmirdən çıxmış Şağan Reabilitasiya Pansionatında sınıq boşqablarda yemək paylanmasından və çəngəl-bıçağın təmiz yuyulmaması ilə rastlaşıb:

"Sentyabr ayının 3-ü pansionata qəbul olundum. Buranı seçməyimin səbəbi yeni təmirdən çıxması oldu. İlk gün sınıq boşqabda yemək gəldi və sadəcə yeməkxana işçisinə iradımı bildirim. Növbəti gün isə təmiz yuyulmamış bıçaq-qaşıq-çəngəlin çirkli görüntüsündən narahat oldum və müəssisə direktorunun qəbuluna düşüb, şikayətimi bildirmək istədim. Bir neçə cəhddən sonra direktorla görüşdüm, şəkilləri göstərdim, o da "tədbir görəcəyik" dedi, lakin inandırıcı gəlmədiyi üçün əşyalarımı toplayıb pansionatı tərk etdim".

Vətəndaşın şikayəti üzrə paylaşdığı fotoları təqdim edirik:

Prime Leasing