SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Siqaretin zərəri əvvəlki hesablamalardan daha ciddidir – YENİ ELMI MƏLUMATLAR

Siqaretin zərəri əvvəlki hesablamalardan daha ciddidir – YENİ ELMI MƏLUMATLAR

  • 24 may 2026, 23:41

Son tədqiqatın nəticələri göstərir ki, hər bir siqaret insan ömründən orta hesabla 20 dəqiqə qısaldır. Bu rəqəm 2000-ci ildə irəli sürülən təxmini ilə müqayisədə təqribən iki qat artıqdır. Beləliklə, 20 ədəd siqaretdən ibarət bir paçka insanın həyatını orta hesabla yeddi saat azaldır.

Yurd.Media xarici KİV-ə istinadən bildirir ki, "London Universitet Kolleci" mütəxəssisləri aşkar ediblər ki, hər gün 10 siqaret istifadə edən bir şəxs 1 yanvarda tütünü tərk etsə, 8 yanvara qədər artıq bir tam gün ömrünü xilas etmiş olar. Əgər 5 fevraladək siqaretdən uzaq qalsa, ömrünə bir həftə, 5 avqustadək davam etdirərsə, bir ay qazana bilər. İlin sonuna qədər isə ümumilikdə 50 günlük ömür itkisinin qarşısını ala bilər.

Tədqiqatın müəlliflərindən Dr. Sara Cekson (Sara Jackson) bəyan edib ki, insanlar ümumiyyətlə siqaretin zərərli olduğunu dərk edirlər, ancaq onun real təsirini çox zaman azımsayırlar:

"Bəzi insanlar yaşlı vaxtlarında xroniki xəstəliklərin çoxluğunu nəzərə alaraq ömürlərinin bir neçə ilini itirməyin o qədər də əhəmiyyətli olmadığını düşünə bilərlər. Ancaq siqaret yalnız həyatın son mərhələsindəki sağlam olmayan illəri qısaltmır. Əksinə, sağlam orta yaş dövründə xəstəliklərin erkən başlamasına gətirib çıxarır. Bu o deməkdir ki, 60 yaşında siqaret çəkən bir şəxsin sağlamlıq vəziyyəti, siqaret çəkməyən 70 yaşlı bir insanınkına bərabər olur".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları