SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Şərqi Zəngəzurda qurban kəsimi üçün çadırlar quruldu

Şərqi Zəngəzurda qurban kəsimi üçün çadırlar quruldu

  • 27 may 2026, 19:54

Şərqi Zəngəzurda qurban kəsimi prsesinin baytarlıq-sanitariya qaydalarına uyğun şəraitdə aparılması üçün çadırlar qurulub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Yurd.Media-ya bildirilib ki, Qurban bayramı ilə əlaqədar işğaldan azad olunmuş Ağdam, Cəbrayıl, Füzuli və Laçın rayonlarında qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub. Əhalinin tələbatı nəzərə alınaraq həmin rayonlarda xüsusi kəsim-satış məntəqələri və ya çadırları quraşdırılıb.

Bildirilib ki, həm məntəqələrdə, həm də səyyar çadırlarda baytarlıq-sanitariya qaydalarına uyğun şərait yaradılıb, fasiləsiz su təminatı təşkil edilib.

"Baytarlıq nəzarətindən keçmiş, sanitar-gigiyenik tələblərə uyğun şəkildə kəsilmiş qurbanlıq heyvanların əhaliyə təqdim olunması üçün bütün zəruri tədbirlər görülüb.

Müasir standartlara cavab verən səyyar heyvan kəsimi çadırlarında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları da fəaliyyət göstərir. Qurbanlıq heyvanlarda hər hansı xəstəlik şübhəsi yarandığı halda, daxili orqanlardan nümunələr götürülərək laboratoriyalarda operativ şəkildə müayinə aparılacaq", - məlumatda qeyd olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları