SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib, Anar Bayramov nazir təyin edilib

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib, Anar Bayramov nazir təyin edilib

  • 19 oktyabr 2026, 11:53

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Dövlət başçısının imzaladığı sənədə əsasən, TƏBİB-in nizamnamə fondu publik hüquqi şəxsin əmlakı hesabına formalaşacaq.

TƏBİB dövlət qeydiyyatına alındığı günədək publik hüquqi şəxs fəaliyyətini davam etdirəcək və onun Müşahidə Şurasının səlahiyyətlərini Nazirliyin yaratdığı komissiya həyata keçirəcək.

TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun 4 müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək.

Teymur Yusif oğlu Musayev Azərbaycan Baş nazirinin müavini təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Teymur Musayev Azərbaycanın səhiyyə naziri vəzifəsindən azad edilib.

Azərbaycan Prezidentinin sərəncamı ilə Anar Bayramov səhiyyə naziri təyin edilib.

Skat.az - Ev və Avtomobil elanları