SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Mütəxəssislər qan təzyiqini azaltmaq üçün ən faydalı məşq növünü açıqlayıblar

Mütəxəssislər qan təzyiqini azaltmaq üçün ən faydalı məşq növünü açıqlayıblar

  • 29 may 2026, 23:39

Mütəxəssislər ürək sağlamlığını möhkəmləndirməyin və qan təzyiqini aşağı salmağın effektiv üsullarını bəyan ediblər.

Yurd.Media xarici mətbuata istinadən xəbər verir ki, istənilən orta intensivlikli fiziki aktivlik qan təzyiqinin azalmasına və paralel olaraq ürək sağlamlığının güclənməsinə müsbət töhfə verir.

Lakin əldə edilən son nəticələrə əsasən, ürək sağlamlığını nəzərəçarpacaq dərəcədə yaxşılaşdıran konkret bir məşq növü mövcuddur.

İzometrik hərəkətlər vasitəsilə maksimum nəticəyə nail olmaq mümkündür. Bu, bədəni hərəkət etdirmədən müəyyən bir əzələ qrupunun gərginləşdirilməsi yolu ilə icra olunan statik məşq növüdür.

Buna nümunə olaraq divara söykənərək oturuş vəziyyətində yerinə yetirilən "stul" hərəkətini göstərmək olar.

Ürək əzələləri ilə yanaşı skelet əzələləri də güclənir və ümumi fiziki dözümlülük səviyyəsi artır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları