SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Uşaqlarda erkən inkişaf problemləri: Bakıda XXI ƏSRİN BƏLASI müzakirə olundu

Uşaqlarda erkən inkişaf problemləri: Bakıda XXI ƏSRİN BƏLASI müzakirə olundu

  • 26 may 2026, 20:27

Bakıda XXI əsrin bəlasına çevrilmiş autizm və uşaqların erkən inkişaf problemləri müzakirə olunub.

Yurd.Media “Yeni Sabah”a istinadən xəbər verir ki, “Neuro Academy” Psixologiya Mərkəzi, “Nitq” İnkişaf Mərkəzi və ​“Müasir Psixoloji Dəstək Mərkəzi” İctimai Birliyi təşkilatçılığı ilə bu mövzuya həsr olunan “II erkən inkişaf problemləri və korreksiyası” adlı elmi-praktik konfrans keçirilib.

Konfransa Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov, elmi ictimaiyyətin nümayəndələri və bu sahədə çalışan mütəxəssislər qatılıblar.

Gənci Adilzadənin aparıcısı olduğu tədbiri giriş sözü ilə deputat C.Məmmədov açıb. O bildirib ki, süni intelektin, o cümlədən texnologiyaların sürətlə inkişaf etdiyi, dəyərlərin yeni forma və məzmun qazandığı, mənfi tendensiyaların gücləndiyi bir dövrdə psixologiya elminin qarşısında bir çox çağırışlar dayanır. C.Məmmədov bunlara misal kimi insanlar arasında ünsiyyətin azalmasını, özünə qapanmanı, boşanmaların artmasını, ailə dəyərlərinin zəifləməsini göstərib.

“Ona görə də erkən inkişaf dövründə uşaqlara daha çox diqqət ayırmaq lazımdır. Valideynlər övladlarının davranış və hərəkətlərinin arxasında nələrin dayandığını, onların hansı istiqamətdə və neçə inkişaf etdiklərini bilməlidirlər. XXI əsrin bəlası olan autizmin geniş yayıldığı bir dövrdə bu sahədə çalışan mütəxəssislərin üzərinə böyük iş və məsuliyyət düşür. Bəzən valideylər övladlarına vaxtında düzgün diaqnoz qoyulmamasından şikayətlənirlər. Peşəkarlar ön plana çıxmalı, belə halların qarşısını maksimum almalıdırlar. Ona görə də belə konfranslar böyük önəm daşıyır”, - Milli Məclisin deputatı vurğulayıb.

Daha sonra “Neuro Academy” Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Nuriyyə Quliyeva, “Nitq” İnkişaf Mərkəzinin rəhbəri, defektoloq-loqoped Esmira Kazımova, ​“Müasir Psixoloji Dəstək Mərkəzi” İctimai Birliyinin sədri, klinik psixoloq Aida Sübhan Nəbiyeva erkən inkişaf problemləri, diaqnostika üsulları və müasir korreksiya metodları ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə “Afaziya növlərində yoxlanış və korreksiya metodları”, “DƏHP-də istifadə olunan ən müasir praktik metodlar”, eləcə də “Müasir terapiyada neyropedaqoji sistem: elm və praktikanın sintezi” mövzularında təqdimatlar olub.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları