SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Gözlərin müayinəsi bu təhlükəli xəstəliklər erkən müəyyən oluna bilər

Gözlərin müayinəsi bu təhlükəli xəstəliklər erkən müəyyən oluna bilər

  • 25 may 2026, 23:22

Alimlər tibbi diaqnostika sahəsində mühüm nəticələr əldə ediblər. Müəyyən edilib ki, optometriya (gözlərin oftalmoloji yoxlanılması) bir sıra ciddi xəstəlikləri ilkin əlamətlər ortaya çıxmazdan çox əvvəl müəyyənləşdirməyə şərait yaradır.

Yurd.Media xarici KİV-ə istinadən xəbər verir ki, Kanadanın Monreal Universitetinin mütəxəssislərinin bu istiqamətdə apardığı tədqiqatlar göstərib ki, göz müayinəsi yolu ilə təsbit edilən xəstəliklərdən biri şəkərli diabetdir.

"Bu xəstəlik gözün arxa nahiyəsində optometriya metodu ilə aşkarlana bilən spesifik dəyişikliklərə yol açır. Diabetin erkən mərhələdə diaqnozu müalicənin gecikdirilməsi halında yarana biləcək görmə itkisi təhlükəsini xeyli dərəcədə azaldır", - deyə tədqiqatçılar bəyan ediblər.

Mütəxəssislərin fikrincə, gözlər eyni zamanda invaziv üsullara ehtiyac olmadan qan damarlarının birbaşa müşahidəsini mümkün edən orqanizmin yeganə bölgəsidir.

"Bu, qan təzyiqini, eləcə də hipertoniya, ateroskleroz və xolesterol yığılması kimi onunla bağlı olan xəstəlikləri nəzarət altında saxlamağa imkan yaradır", - deyə mütəxəssislər qeyd ediblər.

Tədqiqatçılar bildiriblər ki, optometriya bundan başqa, ağciyər və qaraciyərə metastaz yaya bilən tor qişanın onkoloji zədələnməsi olan retinoblastomanın əlamətlərini vaxtında müəyyən etməyə yardımçı olur.

Alimlər həmçinin vurğulayıblar ki, hətta adi görmə sahəsinin qiymətləndirilməsi bəzən xəstələrin ya xəbəri olmadığı, ya da o dərəcədə təhlükəsiz saydığı üçün həkimə məlumat vermədiyi anomaliyaları üzə çıxarır.

"Bu görmə sahəsi anomaliyalarının əksəriyyəti hipofiz adenoması kimi beyin törəmələri ilə əlaqədardır. Qeyri-adi reaksiyaların digər ehtimal olunan səbəbi isə nevroloji pozğunluqlardır".

Tədqiqatçılar xüsusi olaraq vurğulayırlar ki, gözlər yalnız insanın mənəvi aləminin güzgüsü deyil, həm də onun sağlamlıq vəziyyətinə açılan bir pəncərədir. Mütəmadi oftalmoloji yoxlamalar təhlükəli xəstəliklərin erkən dövrdə aşkarlanmasına və müalicənin vaxtında başlanmasına şərait yaradır ki, bu da sağalma ehtimalını xeyli artırır.

---

**Meta Keywords:** optometriya, göz müayinəsi, erkən diaqnostika, diabet, retinoblastoma, beyin şişi, hipofiz adenoması, oftalmoloji müayinə, Monreal Universiteti, görmə sahəsi, hipertoniya, ateroskleroz, tibbi diaqnostika, göz xəstəlikləri, sağlamlıq

**Meta Title:** Göz müayinəsi ciddi xəstəlikləri erkən mərhələdə aşkar etməyə imkan verir – Araşdırma

**Meta Description:** Monreal Universitetinin araşdırmasına görə, optometriya diabet, beyin şişləri, retinoblastoma və ürək-damar xəstəliklərini ilk simptomlar yaranmadan əvvəl aşkar edə bilər. Müntəzəm göz müayinəsinin əhəmiyyəti barədə ətraflı məlumat.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları