SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Ramazan ayında oruc tutan zaman su qəbulunun XÜSUSİ ƏHƏMİYYƏTİ

Ramazan ayında oruc tutan zaman su qəbulunun XÜSUSİ ƏHƏMİYYƏTİ

  • 06 mart 2026, 23:08

Ramazan ayında oruc tutan zaman su qəbuluna xüsusi diqqət etmək lazımdır.

Yurd.Media xəbər verir ki, uzun müddət aclıq və oruc tutduqdan sonra lazım olan mayenin əvəz edilməsi üçün iftardan sahura qədər müəyyən fasilələrlə su içilməsi böyük əhəmiyyət kəsb edir.

Xüsusilə yaşlılarda, böyrək, ürək və təzyiq xəstələrində maye qəbulunu həkim nəzarəti və təqibi altında aparmaq və bu istiqamətdə tətbiq etmək daha düzgündür. Böyüklərin Ramazan ayında oruc tutduqları zaman gündə ən azı 7-8 stəkan su içmələri vacibdir. Suyu içərkən otaq temperaturunda qəbul etmək lazımdır. Soyuq su mədədə sıxılmalara, ağrıya, qarında şişkinliyə, həzm prosesində çətinləşməyə və həzm pozuntularına səbəb ola bilər.

Mütəxəssislər bildirirlər ki, oruc tutarkən susuz qalmamaq üçün kifayət qədər maye qəbul etməklə yanaşı, iftar və sahur yeməklərində susuzluğa səbəb olacaq turşulara, duzlu və ədviyyatlı, çətin həzm olan qidalara, qızardılmış və yağlı qidaları da rasiondan çıxarmaq lazımdır.

İftar ilə sahur arasında qəbul ediləcək suya təzə limon dilimləri, yerli və mövsümi meyvə dilimləri və ya təzə nanə yarpağı əlavə edərək qəbul etmək su içməyi daha da asanlaşdırır, həm də mədəni rahatlaşdırır.

Qəbul olunan çay, qəhvə, qazlı, rəngli, şəkərli içkilər suyun yerini vermir, mümkün qədər bu içkilərdən uzaq durmaq lazımdır.

Su orqanizmdən toksinlərin atılmasını təmin edir, dərini cavanlaşdırır, daxili orqanların funksiyasını yaxşılaşdırır, qan dövranını sürətləndirir, həzm sistemini normallaşdırır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları