SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Ramazan ayında imsaka qalxmamağın fəsadları - HƏKİM XƏBƏRDARLIĞI

Ramazan ayında imsaka qalxmamağın fəsadları - HƏKİM XƏBƏRDARLIĞI

  • 25 fevral 2026, 09:05

İftara qədər keyfiyyətli bir gün üçün adekvat və balanslı imsak yeməyi çox vacibdir.

Yurd.Media xəbər verir ki, həkim-terapevtlərin göstərişinə görə, imsak günün vacib yeməyi olan səhər yeməyini əvəz etməlidir:

“İmsaka qalxmamaq və ya yalnız su içmək orucluqda şəkərin daha tez düşməsinə səbəb ola bilər. Eyni zamanda, günə hazırlıqsız başlamanıza və gün ərzində ləng və motivasiyasız olmanıza şərait yaradır. Bir ay bu şəkildə yemək sağlamlıq üçün də təhlükə yaradacaq".

İmsak üçün süd, qatıq, pendir, yumurta, çiy tərəvəz və meyvələrdən ibarət yüngül səhər yeməyi və ya şorba, zeytun yağlı ilə hazırlanmış yeməklər, qatıq və salat seçə bilərsiniz. Gün ərzində aclıq hissini gecikdirmək üçün mədənin boşalma müddətini uzadan lobya, noxud, mərcimək, bulqur plov kimi lifli kompleks karbohidrat qaynaqlarını istehlak etmək məqsədəuyğun olardı. Həddindən artıq yağlı, duzlu, ağır yeməklərdən və xəmirlərdən uzaq durmaq lazımdır.

Həzm problemlərinin qarşısını almaq üçün kifayət qədər çeynəmək və çox tez yeməmək vacibdir. Adət olduğu kimi zeytun və ya xurma, su ilə iftar etdikdən sonra, yeməyə bir az şorba və salatla başlanıla bilər. Daha sonra ət-tərəvəz yeməyi, yağsız və ağır olmayan ət yeməyi, bir az zeytun yağı ilə tərəvəz yeməyi, 1-2 dilim çörək, az miqdarda düyü, makaron istehlak edə bilərsiniz.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları