SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Ramazan ayında immunitetin düşməməsi üçün nə etməli?

Ramazan ayında immunitetin düşməməsi üçün nə etməli?

  • 03 mart 2026, 20:43

Ramazan ayında imsak xüsusilə əhəmiyyətlidir və bu zaman vitaminli qidalardan istifadə edilməsi immunitetin zəifləməməsi üçün çox vacibdir.

Yurd.Media xəbər verir ki, mütəxəssislər bildirirlər ki, kortəbii qidalanmaq mədə üçün təhlükəlidir. Səhər oyananda iki stəkan su içmək olduqca vacibdir. Həmçinin orucu açarkən xurmadan da istifadə olunmalıdır.

Həkim-terapevtlər qeyd edir ki, ramazan ayında oruc tutanlar yuxu rejiminə, qida rasionuna, maye qəbuluna çox diqqətli yanaşmalıdırlar ki, gün ərzində xroniki yorğunluqla üzləşməsinlər.

Oruc tutanların çoxunda baş ağrıları, başgicəllənmə, ümumi yorğunluq, halsızlıq, diqqət pozulmaları və s. əlamətlər müşahidə olunur. İmsak vaxtı bir qədər yüngül qidalar qəbul olunmalıdır, iftarda isə kalorili, vitamin və minerallarla zəngin olan qidalardan istifadə etmək lazımdır ki, gün ərzində ac qaldığı müddətdə fiziki və zehni yorğunluq yaranmasına səbəb olmasın.

Ramazan ayında gecə yemək yeyib imsaka oyanmayanlar bilməlidirlər ki, bu immun sisteminə mənfi təsir göstərir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları