SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Ramazan ayında 40 yaşa qədər insnların qidalanması fərqli olmalıdır - QAYDALAR

Ramazan ayında 40 yaşa qədər insnların qidalanması fərqli olmalıdır - QAYDALAR

  • 24 fevral 2026, 19:34

Ramazan ayında sağlam qidalanmağın ən sadə metodu isə mövsümi meyvə-tərəvəzdən bol istifadə etmək, doymamış, bitki mənşəli yağlara üstünlük vermək, şəkər və duz istehlakını normada saxlamaqdır.

Yurd.Media xəbər verir ki, bunu mütəxəssis-qastroenteroloqlar 40 yaşa qədər insanlara proteinli qidalar məsləhət görülür:

“Ancaq 40 yaşdan sonra əsasən meyvə-tərəvəz yeyilməlidir. Çünki qocaldıqca bədənin antioksidanta ehtiyacı var. Həmin antioksidantlar isə meyvələrin tərkibindədir. Zülalları isə daha çox quş əti və dəniz məhsullarından almaq olar”.

Mütəxəssislər artıq çəkidən qurtulmaq üçün ciddi iradəyə ehtiyac olduğunu deyib:

“Ən sevdiyimiz qidaları belə qədərində istehlak etmək lazımdır. Eyni zamanda, müəyyən qədər yedikdən sonra həmin kaloriləri yandırmaq məsləhət görülür. Bunu isə fiziki aktivlik ilə əldə etmək mümkündür. Təmiz havada yürüş etmək, bəsit idman hərəkətləri kalori yandırmaqla yanaşı, insana enerji verir. Xatırlatmaq istərdim ki, artıq çəkidən əziyyət çəkən insanların bir çoxunda psixoloji problemlər də yarana bilər. Evdə uzun müddət vaxt keçirdikdə insan acır. Xüsusilə, şəkərli qidalarda orqanizmdə dopamin hormonunu artırır. Dopamin hormonu isə insanı yeməkdən asılı hala salır”.

Qastroenteroloqlar Ramazan ayında oruc tutmağın orqanizmdə yaratdığı müsbət təsirlərdən danışıb: “Oruc tutan insan bol miqdarda kalori yandırır və bədən artıq yağları əridir. Xatırlamaq lazımdır ki, un, duz, şəkər ümumiyyətlə zərərli qidalardır. Ancaq bunlardan tamamilə imtina etmək də olmaz. Həmin şəkəri meyvələrdən almaq ən yaxşı variantdır”.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları