Yorğunluq, halsızlığınızın da səbəbi allergiya ola bilər. Hansı bitkilər daha allergendir? Yurd.Media xəbər verir ki, Payız aylarında havadakı tozcuq sıxlığına bağlı olaraq allergik xəstəliklərin artdığını bildirən Allergiya və İmmunologiya Mütəxəssisi Dr. Gülhan Demiroğlu, vətəndaşlara diqqətli olmaları barədə xəbərdarlıq etdi. Dr. Demiroğlu, tozcuqların tənəffüs yolu ilə bədənə girməsi ilə immun sisteminin histamin istehsal etdiyini, bunun da burun axıntısı, tıxanıqlıq, asqırma, öskürək, gözlərdə yaşarma və qaşınma kimi şikayətlərə səbəb olduğunu ifadə etdi. Dr. Demiroğlu, "Əlamətlər yalnız burun və gözlərlə məhdud qalmır; yorğunluq, halsızlıq, əsəbilik, baş ağrısı və diqqət dağınıqlığı da görülə bilər. İrəli hallarda isə astma və bronxit kimi ciddi tənəffüs yolu xəstəliklərinə çevrilə bilər",-deyə əlavə etdi. Hansı bitkilər daha allergendir? Dr. Demiroğlu, bəzi ağac və otların tozcuq sıxlığını artırdığına diqqət çəkərək bu məlumatları verdi: "Daha allergik olanlar: ağcaqayın, sidr, qovaq, palıd, şam və bəzi otlardır. Daha az allergik olanlar: alma, kaktus, gilas, ulduz çiçəyi, çobanyastığı, sardunya, amber çiçəyi, süsən, aslanağzı və lalə. İnsanlar evlərinin ətrafında allergik olduğu bilinən ağacları əkməkdən çəkinməli, mövcuddursa bu bitkilərlə təmaslarını məhdudlaşdırmalıdır. Dr. Demiroğlu, tozcuqlardan qorunmaq üçün bu tövsiyələri etdi: - Tozcuq sıxlığının artdığı səhər 05.00 - 10.00 və axşam saatlarında bayıra çıxmaqdan çəkinin. - Maska və günəş eynəyi istifadə edin. - Evə qayıdarkən mütləq duş alın, paltarlarınızı dəyişin. - Tüklü xalça, yorğan və ev heyvanı kimi tozcuq tuta biləcək ünsürlərdən uzaq durun. - Qapı və pəncərələri bağlı saxlayın, HEPA filtrli kondisioner və ya hava təmizləyici istifadə edin. - Paltarlarınızı açıq havada qurutmayın. - Nəqliyyat vasitəsində pəncərələri bağlı saxlayın, tozcuq filtri olan nəqliyyat vasitələrini seçin. - Mümkünsə tətilləri tozcuq sıxlığının az olduğu dəniz kənarı bölgələrdə planlaşdırın.