SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Nar hansı xəstəliklərdə faydalıdır – mütəxəssis rəyi

Nar hansı xəstəliklərdə faydalıdır – mütəxəssis rəyi

  • 06 oktyabr 2026, 23:34

Narın meyvəsi və toxumlarının tərkibi çoxsaylı bioloji aktiv komponentlərlə zəngindir.

Yurd.Media xəbər verir ki, rusiyalı endokrinoloq, diyetoloq, tibb elmləri namizədi Oksana Mixaleva narın orqanizm üçün nadir sağlamlıq faydalarına malik olduğunu və müxtəlif xəstəliklərin müalicə prosesində köməkçi rol oynaya biləcəyini vurğulayıb.

"Aparılmış müxtəlif araşdırmaların nəticələri göstərir ki, nar güclü antioksidant, antimikrob və antikanserogen təsirlərə malikdir. Narın metabolik sindrom, ürək-damar sistemi, endokrin, revmatoloji və hətta onkoloji xəstəliklər, eləcə də ağız boşluğu patologiyalarında müsbət effekt göstərdiyini sübut edən elmi məlumatlar mövcuddur. Bundan əlavə, bu meyvənin dəri sağlamlığına yaxşı təsir göstərdiyi də müəyyən edilib", - deyə Mixaleva qeyd edib.

Həkim eyni zamanda vurğulayıb ki, təzə narı toxumları ilə birgə qəbul etmək mümkündür, belə ki, tərkibindəki lif maddələri meyvənin faydalılığını və qidalılıq dəyərini daha da yüksəldir.

Diyetoloq bildrib ki, müasir insanların qida rasionunda tez-tez çatışmazlığı hiss olunan lif maddələri çoxsaylı faydalı xassələrə malikdir – o, bağırsaq xərçənginin profilaktikasına, orqanizmdən toksik maddələrin xaric edilməsinə və həzm sisteminin sağlam işləməsinin təmin olunmasına yardım edir.

"Unutmaq olmaz ki, nar təkbaşına heç bir xəstəliyi aradan qaldıra bilməz, buna görə də sağlamlıqla bağlı narahatlıq yarandıqda peşəkar tibbi dəstək almaq üçün mütləq həkimə müraciət edilməlidir. Heç bir şəraitdə özünümüalicəyə əl atmayın", - deyə mütəxəssis xəbərdarlıq edib.

Skat.az - Ev və Avtomobil elanları