SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Mərkəzi Neftçilər Xəstəxanasında saatlarla uzanan növbə - VİDEO

Mərkəzi Neftçilər Xəstəxanasında saatlarla uzanan növbə - VİDEO

  • 04 aprel 2026, 10:43
Bakı

Mərkəzi Neftçilər Xəstəxanasında həkim qəbuluna düşmək istəyənlər saatlarla növbə gözləməli olurlar.

Yurd.Media xəbər verir ki, problemlə üzləşən şəxslər xəstəxanadakı növbə sisteminin qeyri-mütəşəkkil olmasından şikayət edirlər.

Məsələ ilə bağlı Mərkəzi Neftçilər Xəstəxanasından "Xəzər Xəbər"ə bildirilib ki, müraciətlər müəyyən gün və saatlarda daha sıx olur. Vətəndaşların əksəriyyəti eyni günlərdə və pik saatlarda tibbi xidmətə müraciət etməyə üstünlük verir. Bu isə bəzi günlərdə sıxlığın artmasına səbəb olur.

Xəstəxanadan o da qeyd olunub ki, elektron növbə sistemi müraciətlərin daha effektiv tənzimlənməsinə, növbələrin azaldılmasına və gözləmə müddətinin optimallaşdırılmasına xidmət edir. Hazırda sıxlığın müşahidə olunduğu günlər üzrə axının balanslaşdırılması və vətəndaş məmnuniyyətinin artırılması istiqamətində əlavə təşkilati tədbirlər həyata keçirilir.

Mərkəzi Neftçilər Xəstəxanasında saatlarla uzanan növbə - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları