SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Düzgün qidalanma beyin qocalmasını ləngidə bilər – Yeni araşdırma

Düzgün qidalanma beyin qocalmasını ləngidə bilər – Yeni araşdırma

  • 30 may 2026, 21:44

Alimlər beynin yaşlanma prosesini ləngitməyin üsulunu kəşf etdiklərini bəyan ediblər.

Yurd.Media xəbər verir ki, bu açıqlama ABŞ-dakı mütəxəssislər tərəfindən irəli sürülüb.

Onların fikrincə, qidalanma vərdişlərində dəyişikliklər etməklə beynin yaşlanma sürətini azaltmaq mümkündür.

Mütəxəssislər qeyd edir ki, ilk növbədə düzgün pəhriz tərtib etmək lazımdır. Onlar gündəlik qida rasionuna balıq, dəniz məhsulları, balqabaq və günəbaxan toxumları, eləcə də qozun əlavə edilməsini məsləhət görürlər. Bu məhsulların tərkibində vacib eikosapentaenoik və lipoik turşu mövcuddur.

Qida menyusuna karotenoidlərlə dolu məhsulların — yəni ispanaq, kələm, qarğıdalı, bolqar bibəri, qovun, brokoli və yerkökünün daxil edilməsi tövsiyə olunur. Bunlardan başqa, orqanizmin E vitamininə və xolinə ehtiyacı var — bu maddələr qoz-fındıq, toxumlar, bitki yağları, yarpaqlı tərəvəzlər və dənli bitkilər, ət, quş əti, balıq və yumurtada bol miqdarda tapılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları